Məsələ 1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.
Məsələ 1668: Zəkatı müstəhəqqə çatdıra bilən şəxsin səhlankarlığı nəticəsində mal aradan getsə, (zəkata) zamindir və onun əvəzini ödəməlidir. Əgər səhlənkarlıq etməyibsə, öhdəsinə bir şey düşmür.
Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.