Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.
Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.
Məsələ 1731:Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.
Məsələ 1732:Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.