|
|
səhifə | 339/519 | tarix | 02.01.2022 | ölçüsü | 9,34 Mb. | | #12100 |
| ALQI-SATQI
Məsələ 1747: Hər bir müsəlmana adətən ehtiyac duyduğu alver məsələlərini öyrənmək vacibdir. Bu hökmləri camaata öyrətmək də alimlərə vacibdir.
Məsələ 1748: Həyat yoldaşı və uşaqlarının xərclərini ödəyə bilməyən şəxslərin ticarət, əkinçilik, sənət və s. vasitələrlə (onların) məişətlərini təmin etmək, həmçinin, rejimin qorunması, İslam cəmiyyətinin ehtiyaclarını ödəmək üçün çalışmaları, işləmələri, qazanc əldə etmələri vacibdir. (Sözü keçən işlər) başqa hallarda, xüsusi ilə, fəqirlərə kömək, ailənin rifahını genişləndirmək üçün təkid edilmiş müstəhəbdir.
Dostları ilə paylaş: |
|
|