Məsələ 1792: Sarı və yaxud qırmızı olan xurma, yaxud çiçəyi tökülən, dənəsi bağlanan meyvə zərərdən sovuşduğu halda, alqı-satqısı düzgündür. Həmçinin qoranın (yetişməmiş üzüm) ağaca satılmasının eybi yoxdur. Lakin, onların miqdarı mütəxəssislərin təxmini vasitəsi ilə mə’lum olmalıdır.
Məsələ 1794: Xiyar, badımcan və müxtəlif göyərtilər (tərəvəzlər), məsələn, ildə bir neçə dəfə dərilənlər kimi, zahir və aşkar olduğu halda alqı-satqılarının eybi yoxdur. Lakin, müştərinin onu ildə neçə dəfə dərməsini müəyyən etməlidirlər.
Məsələ 1795: Dənə bağlayandan sonra buğda və arpa sünbülünün satılmasının eybi yoxdur. Lakin onu buğda və arpaya satmaq iradlıdır. Həmçinin, yetişməsinə qədər qalmasını şərt etməsi və yaxud yalnız otundan istifadə etmək istəyindən asılı olmayaraq, tarlanın özünü sünbüllər zahir olmazdan qabaq almaq olar.