Məsələ 1809: Əgər qızılı qızıla və yaxud gümüşü gümüşə satsalar (sikkə olub, olmamasından asılı olmayaraq), onların birinin çəkisi artıq olduğu halda, müamilə haram və batildir. Baxmayaraq ki, bir qızıl düzəldilib, digəri isə düzəldilməyib və yaxud düzəldilmə formaları keyfiyyət baxımından fərqli və yaxud əyarları müxtəlif olub, məsələn, 18 əyarlı bir qram yarım qızılı, 14 əyarlı bir qram yarım qızıla versə, bütün bunlar haram və batildir. Lakin, çəkilərinin bərabər olub-olmamasından asılı olmayaraq, qızılın gümüşə satılmasının eybi yoxdur.
Məsələ 1810: Qızılın qızıla, gümüşün gümüşə müamiləsində satıcı və alıcı ayrılmazdan öncə malı və onun əvəzini bir-birlərinə təhvil versinlər. Əgər təhvil verməsələr müamilə batildir. Əgər yalnız bir miqdarını təhvil versələr, müamilə yalnız o miqdara əsasən düzgündür və qarşı tərəf müamiləni poza bilər.