Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə368/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   364   365   366   367   368   369   370   371   ...   519
Məsələ 1875: Əgər həkim xəstə üzərində əməliyyat apardıqda, uşağı sünnət etdikdə səhlənkarlıq üzündən xəstəyə, uşağa bir zərər yetirsə və yaxud onların ölümünə səbəb olsa, habelə, səhv edib, hansısa ziyana səbəb olsa, zamindir. Lakin, səhlənkarlıq və səhv deyil, başqa səbəblər nəticəsində, xəstə eyibli olsa, yaxud ölsə, bir şərtlə ki, əgər uşağı onun sahibinin icazəsi ilə müayinə edibsə, zamin deyil.

Məsələ 1876: Əgər həkim xəstə üçün bir dərman nüsxəsi yazsa, ona göstəriş versə, şəxsən dərmanı ona yedirtsə və yaxud iynə vursa, müalicəsi səhv olduğundan xəstəyə zərər yetişsə və yaxud ölsə, zamindir.

Məsələ 1877: Etdiyi səhv və xətalar qarşısında zamin olmaq istəməyən həkim və ya cərrah xəstəyə və yaxud onun qəyyumuna- əgər hansısa diqqətsizlik üzündən xəstəyə bir zərər yetişsə zamin deyil, desə, onlar qəbul etdikləri halda lazımi diqqət və ehtiyat etməsi ilə yanaşı xəstəyə zərər yetişsə və yaxud ölsə, həkim və yaxud cərrah zamin deyil.

Məsələ 1878: İcarə edən və malik bir-birlərinin razılığı ilə icarəni poza bilərlər. Habelə, icarədə fəsx hüququ onlardan biri və yaxud hər ikisi üçün nəzərdə tutulubsa, ona uyğun olaraq icarəni poza bilərlər.

Məsələ 1879: Əgər icarə verən və yaxud icarə edən aldandığını bilsə, əvvəlcədən qiymətdən xəbəri olmadığı halda icarəni poza bilər. Lakin icarədə, əgər zərərə düçar olsam belə, müqaviləni pozmaq hüququm yoxdur, deyə şərt etsə, icarəni poza bilməz.

Məsələ 1880: Əgər nəyisə bir şəxsə icarəyə versələr, icarə edənə təhvil verməzdən öncə başqası onu qəsb etsə, icarə edənin icarəni pozmaq hüququ var. Habelə səbr edib, qəsb edən şəxsin istifadəsində olan müddətdən icarəsini adi qaydada ondan ala bilər. Amma təhvil aldıqdan sonra başqası onu qəsb etsə, icarəni poza bilməz.

Məsələ 1881: Əgər icarə müddəti bitməzdən öncə mülkü icarə edənə satsa, icarə pozulmur və icarə edən icarə haqqını ödəməlidir. Habelə, əgər başqasına satsa, yenə də icarə qüvvəsində qalır.

Məsələ 1882: Əgər icarə müddəti başlamazdan öncə mülk istifadə olunmaz halda xarab olsa və yaxud müqaviləyə uyğun istifadə edilməsi mümkün olmasa, icarə batil olur və icarə edənin mülk sahibinə verdiyi pul ona qaytarılır. Lakin, istifadə edilməsindən bir müddət keçdikdən sonra xarab olsa, icarənin qalan müddəti batil olur.

Məsələ 1883: Əgər, məsələn, iki otaqlı evi icarəyə verdikdən sonra onun bir otağı xarab olsa və onu tez təmir edib, istifadə üçün yararlı hala gətirsə, icarə batil olmur və icarə edənin də müqaviləni pozmaq hüququ yoxdur. Lakin təmir işləri uzansa və icarə edənin istifadə etməsi üçün (otaq) bir müdət yararlı olmasa, o otağa nisbətdə icarə batil olur və qalanında da müqaviləni pozmaq hüququ var.

Məsələ 1884: İcarə mülk sahibi və yaxud icarə edənin ölümü ilə batil olmur və o hüquq (icarə) müddətin sonuna qədər onların varisləri üçün qüvvəsində qalır. Əgər başqasını yox, yalnız icarə edənin ondan istifadə etməsini şərt etsələr, mülk sahibinin icarənin qalan müddətini pozmaq hüququ var.

Məsələ 1885: Əgər iş sahibi bənnanı onu tikinti işləri üçün fəhlə gətirməyə vəkil etsə və fəhlələrə verdiyi muzddan artıq, iş sahibindən pul alsa, haramdır. Lakin, binanı müəyyən məbləğ daxilində sona yetirməsini qəbul etsə və xərclədiklərindən artıq olsa, eybi yoxdur. Amma ehtiyata əsasən, özü bənnalıq, ona (bənnalığa) nəzarət və yaxud avadanlıqların alınması kimi bir iş görməməlidir.

Məsələ 1886: Əgər rəngsaz parçanı, müəyyən şəkildə rəngləməyi şərt etsə və başqa cür rəngləsə, muzd almaq hüququ yoxdur. Əksinə, parçanın xarab olmasına və yaxud keyfiyyətinin aşağı düşməsinə səbəb olubsa, zamindir. Bu məsələ (hökm) dərzi, pinəçi və s. haqqında da qüvvəsində qalır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin