Məsələ 1954: Əgər borclu şəxs borc sahibinə borcunu başqasından alması üçün həvalə (qəbz) versə və borc sahibi qəbul etsə, borc o şəxsin (həvalə verilənin) öhdəsinə düşür və borclu şəxs borcdan xilas olur.
Məsələ 1955:Həvalə verən, borc sahibi və həvalə edilən şəxslərin hər üçü həddi-büluğa çatmalı, aqil olmalı, heç kəs onları məcbur etməməli, səfeh və öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar. Lakin, öz malından istifadə etmək hüququndan məhrum olan şəxsi ona borclu olmayan bir şəxsə həvalə etməyin eybi yoxdur.