Məsələ 1992: İnsanın öz malını əmanət ünvanı ilə başqasına qoruyub, saxlamaq qəsdi ilə verməsinə “vədi’ə” deyilir. Bu mətləbi şifahi siğə ilə oxumasından və yaxud siğə oxumadan əmanətdar şəxsə malı əmanət saxlamaq üçün ona verdiyini başa salsa və o da həmin məqsədlə qəbul etsə, sonradan qeyd ediləcək vədi’ə və əmanət hökmlərinə əməl etməlidir.
Məsələ 1993: Əmanətə xəyanət etmək haram və böyük günahlardan biri sayılır. Əmanəti qəbul edən şəxs onun qorunmasında səhlənkarlıq etməməli, əmanət sahibi əmanəti ondan istədikdə, əmanət sahibinin müsəlman olub-olmamasından asılı olmayaraq, qaytarmalıdır.