Məsələ 2007: Əgər əmanətdar ölsə və yaxud dəli olsa, onun vəlisi tez bir zamanda mal sahibinə xəbər verməli və yaxud əmanəti ona çatdırmalıdır.
Məsələ 2008: Əgər əmanətdar şəxs ölüm əlamətlərini özündə görsə, imkan daxilində əmanəti sahibinə və yaxud vəkilinə çatdırmalıdır. Mümkün olmadığı halda, ehtiyata əsasən, şəriət hakiminə verməlidir. (Şəriət hakiminə) əli çatmadıqda vəsiyyət etməli, şahid tutmalı və vəsiyyət etdiyi şəxslə şahidə mal sahibinin adını, malı, onun xüsusiyyətlərini və onun yerini deməlidir.
ARİYƏ
Məsələ 2009: İnsanın öz malını başqasının ixtiyarında istifadə etməsi üçün qoyub, ondan heç nə almamasına “ariyə” deyilir.
Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:
Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn “mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.
Dostları ilə paylaş: |