Məsələ 2011: Qəsb edilmiş və yaxud insanın şəxsi malı olan lakin, mənfəəti başqasının öhdəsində qoyulmuş şeyi ariyə vermək düzgün deyil. Əgər haqq sahibi razı olub icazə versə, istisnadır.
Məsələ 2013: Dəli, həddi-büluğa çatmayan uşaq öz malını ariyə verə bilməz. Lakin, qəyyumu icazə versə və bu iş onların xeyrinə olsa, maneəsi yoxdur.
Məsələ 2014:Ariyə götürdüyü şey tələf olsa, zamin deyil. Əgər onu qorumaqda səhlənkarlıq edibsə, istisnadır. Habelə, ariyə verən şəxs zaminliyi şərt edibsə və yaxud ariyə verdiyi şey qızıl, gümüş və ya onlardan düzəldilmiş bəzək əşyaları olsa, bu iki halda da tələf olsa, onun əvəzini verməlidir.