Qeyri-daimi əqdin oxunma qaydası
Məsələ 2031: Əgər qadın və kişinin özü qeyri-daimi siğə əqdini oxumaq istəsələr, müddəti və mehriyyəsi müəyyən olunduqdan sonra qadın
زَوَّجتُكَ نَفسىِ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ
Zəvvəctukə nəfsi fil muddətil-mə’luməti ələl-məhril-mə’lum – (Yə’ni, özümü müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin arvadın etdim). Sonra isə kişi zaman fasiləsi olmadan
قَبِلتُ
Qəbiltu –(bu evlənməni qəbul etdim.)
desə, kafidir. Əgər başqasını vəkil etsələr, əvvəlcə qadının vəkili kişinin vəkilinə
مَتَّعتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ
Məttə’tu limuvəkkiləti muvəkkiləkə fil-muddətil-mə’luməti ələl-məhril-mə’lum – (yə’ni, öz müvəkkilimi müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin müvəkkilimin zövcəsi etdim.) Sonra zaman fasiləsi olmadan kişinin vəkili
قَبِلتُ لِمُوَكِّلى هَكَذاَ
Qəbiltu limuvəkkili hakəza – (mən də öz müvəkkilim tərəfindən qəbul etdim.) desə, kafidir.
Dostları ilə paylaş: |