Evlənmək haram olan qadınlar
Məsələ 2042: İnsana məhrəm olan qadınlarla, məsələn, ana, qız, bacı, bibi, xala, qardaş qızı, bacı qızı, atanın arvadı, arvadın qızı, qaynana (bu haqda geniş mə’lumat veriləcək) evlənmək haramdır.
Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, anası, o qadının anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.
Dostları ilə paylaş: |