Məsələ 2047: Ər, arvadının icazəsi olmadan onun bacısı və yaxud qardaşı qızı ilə evlənə bilməz. Lakin, icazəsiz onların nikahı oxunsa, sonra icazə versə, əqd düzgündür.
Məsələ 2048: Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Həmçinin müsəlman kişi də ehtiyata əsasən, kafir qadınla daimi əqd əsasında evlənə bilməz. Amma kitab əhlinin qadınları ilə (yəhudi, məsihi (xristian)) siğə etməyin maneəsi yoxdur.
Məsələ 2049: Əgər ərli bir qadınla (bu işdən Allaha pənah aparırıq) zina etsə, o qadın həmişəlik ona haram olur. Yə’ni ərindən boşandıqdan sonra da (ehtiyata əsasən) onunla evlənə bilməz.