Məsələ 2109: Əgər qadın bir uşağa, sonradan deyiləcək şərtlər əsasında süd versə, uşağın atası o arvaddan dünyaya gələn qızlarla və vacib ehtiyata əsasən, süd ona məxsus olan ərin qızı ilə də evlənə bilməz. Vacib ehtiyata əsasən, onun süd qızları ilə də izdivac etməsinlər. Lakin, o arvadın başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur.
Məsələ 2110: Əgər bir qadın sonradan deyiləcək şərtlərlə uşağa süd versə o qadının əri (süd ona məxsusdur) o uşağın bacılarına məhrəm olmur, ancaq ehtiyat-müstəhəb budur ki, onlarla evlənməsin. Həmçinin ərin qohumları da o uşağın bacı və qardaşları ilə məhrəm olmur.
Məsələ 2111: Əgər qadın bir uşağa süd versə o uşağın qardaşlarına məhrəm olmur. Həmçinin o qadının qohumları da süd verdiyi uşağın bacı-qardaşlarına məhrəm olmurlar.
Məsələ 2112: Oğlan anasının və yaxud nənəsinin kamil süd verdiyi qızla evlənə bilməz. Həmçinin, bir şəxsin atasının arvadı onun atasına məxsus olan südlə bir qıza süd versə, oğlan o qızla evlənə bilməz.
Məsələ 2113: İnsan, bacısının, yaxud qardaşı arvadının qardaşına məxsus olan südlə kamil süd verdiyi qızla məhrəmdir və onunla evlənə bilməz. Həmçinin, insanın bacısı, yaxud qardaşı uşaqları, insanın bacısı, yaxud qardaşı nəvələri o qıza süd versələr, yuxarıda qeyd edilən hökmlə eynidir.
Məsələ 2114: Müstəhəb ehtiyata əsasən, qadın nəvəsinə və qızının ərinin başqa arvaddan olan uşağına kamil süd verməsin.
Məsələ 2115: Qadının öz oğlan nəvəsinə süd verməsinin maneəsi yoxdur.