Məsələ 2234: Əgər əti halal olan çöl heyvanını silah ilə ovlasalar 5 şərt ilə halal olur:
1-Qılınc, bıçaq, xəncər kimi kəsici silahlar və yaxud güllələrinin iti olub-olmamasından asılı olmayaraq, tüfəng və s. olmalıdır; heyvanın bədənini parçalamalı və ordan qan axmalıdır. Əgər heyvanı tora salmaqla, çubuq, daş və s. kimi şeylərlə şikar etsələr haramdır. Amma ona diri halında çatdıqdan sonra tutub başını şəriət qaydalarına əsasən kəssələr, haram olmaz.
2-Vacib ehtiyata əsasən, şikarçı müsəlman, yaxud yaxşı-pisi başa düşən müsəlman uşağı olmalıdır.
3-Silahı heyvanı şikar etmək üçün işlətsin. Amma məsələn, başqa yeri nişan aldıqdan sonra təsadüfən heyvana dəyib öldürsə, o heyvanın ətini yemək haramdır.
4-Silahı işə salanda Allahın adını desin. Amma unutsa, eybi yoxdur.
5-Heyvana çatanda ölmüş olsa, yaxud diri olsa da başını kəsmək qədər vaxt olmasa. Əgər baş kəsmək qədər vaxt olsa və heyvanın başını kəsməkdə səhlənkarlıq etdiyindən ölsə, haramdır.