Məsələ 2265: Şərabdan məqsəd məstedici içkilərdir və pivə də onlardan biri sayılır və hətta bir damla və ondan da az şərab içmək haramdır.
Məsələ 2266: İçki düzülmüş süfrə kənarında əyləşməklə insan onlardan biri sayılarsa, orada oturmaq və yeməklərin halal olmasından asılı olmayaraq, bir şey yemək haramdır.
Məsələ 2267: Susuzluq və aclıqdan ölüm ərəfəsində olan müsəlman şəxsə çörək, su verib onu ölümdən xilas etmək hər bir müsəlmana vacibdir.
Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman “Bismillah” sonunda isə “Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə “Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.
Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur: