Məsələ 2274: Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.
Məsələ 2275: Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.
Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.
Məsələ 2277: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.
Məsələ 2278: Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.