Məsələ 2301: Əgər ata övladına and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.
Məsələ 2302: Bir şəxs bilərəkdən andını pozarsa kəffarə verməlidir. Andı pozmağın kəffarəsi 10 yoxsulu doyurmaq və ya onlara libas verməkdir. Kəffarə olaraq bir qul da azad etmək olar. Bu kəffarələri yerinə yetirməyə qadir olmasa 3 gün oruc tutmalıdır.
Məsələ 2303: Bir şəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq andına əməl etməsə, kəffarəsi yoxdur. Vasvası adamın andı, məsələn “and olsun Allaha, indi namaza başlayıram” deməsi və vasvasılıq səbəbindən ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur.
Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma müsəlman bir şəxs zalımın şərindən qurtulmaq üçün and içə bilər. Hətta belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir.