Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə47/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   43   44   45   46   47   48   49   50   ...   519

12. Müsəlmanın qeyb olması


Məsələ 242: Bədəni, libası və ya ixtiyarında olan başqa bir şeyi murdarlanan və bunu bilən müsəlman qeyb olarsa (onunla əlaqə saxlamaq mümkün olmazsa), onun murdarlanmış şeyləri suya çəkdiyini ehtimal etdikdə, həmin şeylər pakdır. Bir şərtlə ki, həmin şeylər üçün (namaz qılınan paltar, qab-qacaq) paklıq şərt sayılsın.

Məsələ 243: Əgər ədalətli kişi və ya bir şəxs murdar şeyin paklandığını bildirərsə, onların şəhadəti qəbuldur. Malın sahibi malın paklandığını bildirərsə və ya bir müsəlmanın onu suya çəkdiyini biləriksə, düzgün suya çəkildiyini bilməsək də həmin şey pakdır.

Məsələ 244: Əgər insan öz libasını yumaq və suya çəkmək üçün müsəlman camaşırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs edir.

Məsələ 245: Vasvasılıqdan əziyyət çəkən, bir şeyin murdarlanmasına tez inanan, bir şeyi suya çəkərsə onun paklanmasına əmin olmayan insanların əminliyi e’tibarsızdır. Onlar başqaları kimi əmin olmaqla kifayatlənə bilərlər.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin