Məsələ 2381: Əgər varis anadanbir bir neçə əmi və ya bir neçə bibi olarsa, mal onlar arasında bərabər bölünür. Amma əgər təkcə bir neçə anadanbir əmi və bibi olarsa, vacib ehtiyata əsasən, mal bölgüsündə razılaşmalıdırlar.
Məsələ 2382: Əgər varis əmi və bibi olsa, bə’zisi atadanbir, bə’zisi anadanbir, bə’zisi ata-anadanbir olduqda, atadanbir əmi və bibi irs götürmür. Əgər meyitin təkcə anadanbir bir əmi və ya bir bibisi varsa, mal altı hissəyə bölünür, bir pay anadanbir əmi və ya bibiyə, qalan hissə ata-anadanbir əmi və bibiyə verilir. (Əmi iki pay, bibi bir pay götürür.) Əgər meyitin anadanbir bir neçə əmi və bibisi varsa (anadanbir iki əmi və ya iki bibi, bir əmi və bir bibi) mal üç hissəyə bölünür, iki hissə ata-anadanbir əmi və bibiyə verilir (əmi bibiyə münasibətdə iki pay götürür), bir hissə anadanbir əmi və bibiyə çatır. Vacib ehtiyat budur ki, onlar pay bölgüsündə razılaşsınlar.