Sual 12: Qadının heyz halında imamların hərəminin zərihi ətrafına yaxınlaşmasının eybi varmı?
Cavab: Ətrafa yaxınlaşmağın eybi yoxdur, amma hərəmə daxil olmasınlar.
Sual 13: Cərrahi əməliyyatla körpəsi çıxarılan qadının bətnindən gələn qan nifas, yoxsa istihazə qanıdır?
Cavab: Nifas qanıdır.
Namaz
Sual 14: Kişilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü nədir?
Cavab: Qızıl adlanan şeylə zinətlənmək kişilərə haramdır. Qızıl sarı, qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin başqa bir filizdir və qızıl sayılmır.
Sual 15: Məsciddə şər’i ölçülərlə çəkilmiş film nümayiş etdirmək olarmı?
Cavab: Bu iş məscidin şə’ninə münasib deyil. Bu qəbil işlər üçün ayrıca yer nəzərdə tutulmalıdır.
Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iştirakının kərahəti varmı?
Cavab: Hazırkı şəraitdə onların iştirakı daha yaxşıdır, bə’zən isə zəruridir
Sual 17: İmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?
Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq olar.
Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı?
Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda oxumaq olar.