Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə59/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   55   56   57   58   59   60   61   62   ...   519
Məsələ 313: 11. (On birinci şərt) Sudan istifadədə hər hansı bir maneə olmamalıdır. Əgər dəstəmaz alan şəxs suyun zərərindən qorxarsa və ya sudan dəstəmaz üçün istifadə edəcəyi təqdirdə susuz qalacağından ehtiyatlanarsa, təyəmmüm etməlidir.

Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu başa düşərsə, dəstəmazı düzgündür.

Məsələ 315: Əgər az miqdarda suyun zərəri olmazsa, həmin miqdarda su ilə dəstəmaz almaq lazımdır. Əgər soyuq su zərərlidirsə, isti sudan istifadə edilməlidir.

Məsələ 316: 12. (On ikinci şərt) Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır. Əgər bir şəxs dəstəmaz üzvünə nəyinsə yapışdığını bilirsə, amma həmin şeyin suya mane olub-olmadığına şəkdədirsə, həmin şeyi təmizləməlidir.

Məsələ 317: Əgər dırnağın altında azca çirk olarsa, onun dəstəmaza maneçiliyi yoxdur. Amma onu təmizləmək daha yaxşıdır; dırnağı tutsa, suyun bədənə çatmasına mane olan çirki təmizləməlidir. Əgər dırnaq adi həddən uzun olarsa dırnağın altında dəstəmaza mane olan çirk təmizlənməlidir.

Məsələ 318: Yanma və ya başqa bir səbəbdən dəstəmaz üzvlərində suluq kimi qabarıqlıq yaranarsa onu yumaq və üzərindən məsh çəkmək bəs edər. Həmin suluq deşildikdə suyu onun altında dəriyə çatdırmaq lazım deyil. Amma dərinin bir hissəsi qopduqda və qalxıb-yatdıqda suyu onun altına çatdırmaq lazımdır. Bir şərtlə ki, bu işin zərəri olmasın.

Məsələ 319: İnsan dəstəmaz üzvlərində maneə olduğunu ehtimal etdikdə və onun ehtimalı ağlabatan olduqda, araşdırma aparmalıdır. Məsələn, torpaqla və ya boya ilə işlədikdən sonra dəstəmaz üzvündə torpaq və ya rəng qalması ilə bağlı şəkk əsasında araşdırma aparmalıdır.

Məsələ 320: Suyun bədənə çatmasına mane olmayan rənglər dəstəmaza tə’sirsizdir. Amma bu rənglər mane olduqda və ya onların maneçiliyinə şəkk edildikdə, onları təmizləmək lazımdır.

Məsələ 321: Əgər barmaqdakı üzük, qoldakı qolbaq və bu kimi şeylər suyun dəstəmaz üzvlərinə çatmasına mane olmazsa, dəstəmaz düzgündür. Suyun dəriyə çatması üçün həmin əşyaları tərpətmək lazımdır. Əgər insan dəstəmazdan sonra dəstəmaz üzvlərində üzük və ya başqa maneə görsə və onların dəstəmaz vaxtı üzərində olub-olmadığını bilməsə, dəstəmazı düzgündür. Bir şərtlə ki, dəstəmaz zamanı bu şeylərə diqqətli olduğunu düşünsün.

Məsələ 322: Dəstəmazı başa çatdırdıqdan sonra şəkk yaransa ki, dəstəmazın bütün əməlləri yerinə yetirilib, yoxsa yox, eləcə də, dəstəmazın bütün şərtləri ödənib yoxsa yox, bu şəklərə e’tina etmək lazım deyil. Amma dəstəmaz əsnasında şəkk yaranarsa bu işi görmək lazımdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin