Məsələ 20: Müctəhid olmayan şəxsə fətva vermək, şəriət məsələləri ilə bağlı fikir bildirmək haramdır. İnsan yetərincə mə’lumatı olmadığı halda şəriət məsələləri ilə bağlı münasibət bildirərsə, onun sözləri əsasında hərəkət edən bütün insanların əmələrinə görə məs’uliyyət daşıyır.
Təharət (dİnİ baxımdan paklıq)
Su növləri
Məsələ 21: Su ya saf (mütləq), ya da qatqılı (müzaf) olur. Qatqılı su odur ki, ona təkcə su deyilməsin. Meyvə şirəsi, sodalı su və gülab bu qəbildəndir. Amma bir su haqqında heç bir qeyd-şərtsiz “su” deyilərsə, belə bir su saf sudur.
Məsələ 22: Saf suyun müxtəlif növləri var və hər növ xüsusi hökmlərə malikdir. Saf su beş qisimdir: “Kürr” su, “qəlil” su, axar su və borularla ötürülən su, yağış suyu, quyu suyu. Bu beş növ su pak və pakedicidir. Qatqılı su isə murdarı paklamır, murdara toxunduqda özü də murdarlanır.