Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.
Məsələ 355: Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm üzvlərində yara, çiban və ya sınıq olduqda, cəbirə dəstəmaz göstərişləri əsasında cəbirə təyəmmümü etməlidir.
Məsələ 356: Vəzifəsi cəbirə dəstəmaz və ya qüslü olan şəxs vaxt başa çatanadək üzrünün aradan qalxmayacağını bildikdə ilk vaxtda namaz qıla bilər. Amma namazın son vaxtınadək üzrünün aradan qalxacağına ümid edirsə vacib ehtiyata əsasən, gözləməlidir.
Məsələ 357: Göz ağrısı səbəbindən üzü yumaq zərərli olarsa, təyəmmüm etmək lazımdır. İmkan olduqda gözün ətrafını, üzün qalan hissəsini yumaq bəs edər.
Məsələ 358: Cəbirə dəstəmaz və ya qüsüllə yerinə yetirilmiş namazlar təzələnmir. Amma namazın vaxtı başa çatmamış üzr aradan qalxarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmaq lazımdır.