Cənabətli şəxsə haram olan işlər
səhifə 67/519 tarix 02.01.2022 ölçüsü 9,34 Mb. #12100
Məsələ 370 : Beş iş cənabətli şəxsə haramdır:
1 . Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və imamların adına əl vurmaq (dəstəmaz haqqında danışılarkən qeyd olunduğu kimi);
2 . Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq ;
3 . Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub , o birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir şeyi götürmək üçün də oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən , mə’sum imamların hərəmində də dayanmaq olmaz ;
4 . Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq ;
5 . Səcdəli ayələrdən birini oxumaq. Amma səcdəli ayə olan surələrdən başqa ayələri oxumaq olar.
Məsələ 371 : Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: “Əlif, lam mim, səcdə”, 41-ci surə: “Ha, mim, səcdə”, 53-cü surə: “Ən-nəcm”, 96-cı surə: “İqrə”.
Dostları ilə paylaş: