Məsələ 530: Müsəlman uşaq zinadan doğulmuşsa da ona qüsül vermək vacibdir. Uşaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan şəxsin ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub sonradan ağlını itirmiş şəxs də bu hökmdədir.
Məsələ 531: Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.
Məsələ 532: Qadına kişi qüsül verə bilməz. Eləcə də, qadın kişiyə qüsül verə bilməz. Yalnız ər və arvad bir-birlərinə qüsl verə bilərlər. Amma müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iş görülməsin.