Məsələ 533: Kişi üç yaşı tamam olmamış körpə qıza qüsl verə bilər. Qadın da üç yaşı tamam olmamış körpə oğlana qüsl verə bilər.
Məsələ 534: Əgər kişiyə qüsl vermək üçün kişi tapılmasa, ona məhrəm qadınlar qüsl verə bilərlər. Eləcə də, qadın meyitə qüsl üçün qadın tapılmasa, məhrəm kişilər ona qüsl verə bilərlər. Yaxşı olar ki, bu qüsl paltar üzərindən verilsin.
Məsələ 535: Kişiyə kişi, qadına qadın qüsl verərkən onun ayıb yerindən başqa yerlərini aça bilər.
Məsələ 536: Ölünün ayıb yerinə baxmaq haramdır. Amma bu iş qüslü batil etmir.
Məsələ 537: Əgər meyyitin bədəni murdara toxunarsa qüsüldən öncə həmin yeri yumaq lazımdır. Müstəhəb ehtiyata əsasən, qüsüldən öncə meyyitin bütün bədəni murdarlıqdan təmizlənsin.
Məsələ 538: Meyyit qüslü də cənabət qüslü kimidir. Ehtiyat budur ki, tərtibi qüsül mümkün olduqda irtimasi qüsül verilməsin. Amma tərtibi qüsüldə bədənin üç hissəsini ardıcıllıqla suya batırmaq olar. Əgər qadın heyiz halında, bir şəxs cənabətli halda dünyadan gedərsə, meyyit qüslü bəs edir.
Məsələ 539: Meyyit qüslü vermək müqabilində muzd almaq olmaz. Amma müqəddimə, təmizlik və bu kimi işlər üçün muzd almağın eybi yoxdur.
Məsələ 540: Əgər su tapılmasa və ya hər hansı səbəbdən qüsl vermək mümkün olmasa, meyyitə hər qüsl əvəzində təyəmmüm etdirilməlidir. Təyəmmüm edən şəxs meyyitlə üzbəüz dayanır, əlini torpağa vurub meyyitin üzünə və əllərinin arxasına çəkir.