Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə100/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   96   97   98   99   100   101   102   103   ...   519

“Hənutun” hökmləri


Məsələ 552: Qüsül başa çatdıqdan sonra meyyiti “hənut” etmək vacibdir. “Hənut” dedikdə yeddi səcdə yerinə (alın, əllərin içi, dizlər, ayaqların baş barmaqlarının ucu) kafur sürtülməsi nəzərdə tutulur. Ehtiyat budur ki, bu üzvlərin üzərinə bir qədər kafur qoyulsun. Kafur pak, halal və təzə olmalıdır. Belə ki, onun səciyyəvi qoxusu olmalıdır.

Məsələ 553: Ehtiyat budur ki, kafur əvvəlcə meyyitin alnına çəkilsin. Bu işi kəfənləmədən öncə və ya həmin vaxt görmək lazımdır, sonraya saxlamaq olmaz.

Məsələ 554: Həcc və ya ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu hənut etmək, ətirləmək olmaz.

Məsələ 555: Əri ölmüş, hələ ki, iddə müddətində olan qadının ətirlənməsi haramdır. Amma bu qadın ölərsə onu hənut etmək vacibdir.

Məsələ 556: Ehtiyat budur ki, meyyitə müşk, ənbər və bu kimi başqa ətirlər vurulmasın. Həmin ətirlərdən hətta hənut üçün də kafura qatmaq olmaz.

Məsələ 557: Əgər kafur qüsül və hənuta çatmasa, vacib ehtiyata əsasən, ondan qüsüldə istifadə edilir. Əgər yeddi üzvə çatmasa, alına vurmaq lazımdır.

Məsələ 558: Yaxşı olar ki, kafura bir qədər Seyyidüş-şühədanın türbətindən qatılsın. Amma həmin türbətdən o qədər qatmaq olmaz ki, qatqı kafur adlanmasın.

Məsələ 559: Müstəhəbdir ki, qəbirdə meyyitin yanına iki tər çubuq qoyulsun. Bu çubuq kəfənin içinə də qoyula bilər.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin