Məsələ 588: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə dəfndə aşağıdakı işlər görülsün:
1. Qəbir orta boylu insanın qaməti ölçüsündə qazılsın.
2. Meyyit ən yaxın qəbristanlıqda basdırılsın. Amma uzaqdakı qəbristanlığın üstünlükləri varsa, məsələn orada mö’min insanlar dəfn olunmuşsa və ya “Fatihə” oxuyan çoxsa, meyyiti həmin qəbristanlıqda basdrmaq olar.
3. Dəfn zamanı cənazəni qəbrin bir neçə addımlığında yerə qoysunlar, üç dəfəyə asta-asta qəbrə yaxınlaşdırsınlar və dördüncü dəfə onu qəbrə salsınlar.
4. Meyyit kişi olsa onu baş tərəfindən qəbrə daxil etsinlər. Meyyit qadındırsa, onu qəbrə eninə daxil etsinlər. Qadını qəbrə daxil edərkən qəbrin üzərinə parça tutsunlar.