“Səbbətəkəllahu bil-qəvlis-sabiti və hədəkəllahu ila siratin mustəqimin ərrəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqərrin min rəhməti.” Sonra deyilir: “Əllahummə cafil-ərzə ən cənbəyhi və əs’id biruhihi iləykə vəl-ləqhihi minkə bürhanən Allahummə əffəkə əffəkə.”
11. Qəbir düzbucaqlı formasında düzəldilir və yerdən dörd barmaq qaldırılır. Onun üzərinə nişan qoyulur ki, tanınsın. Qəbirin üzərinə su səpilir və su səpdikdən sonra orada iştirak edənlər əllərini qəbrə qoyub barmaqlarını açılmış vəziyyətdə torpaqa daxil edirlər, yeddi dəfə “İnna ənzəlna” surəsini oxuyurlar. Sonra meyyit üçün bağışlanma dilənilir.