Məsələ 648: Təyəmmüm üçün əvvəlcə niyyət edilir. Sonra hər iki əlin içi birlikdə təyəmmüm ediləcək şeyə vurulur. Sonra hər iki əl vacib ehtiyata əsasən, tük bitən yerdən başlayaraq bütün alın, onun iki tərəfi, qaşlar və burunun üzərinə çəkilir. Vacib ehtiyat budur ki, qaşlara da məsh çəkilsin. Sonra sol əlin içi sağ əlin arxasına, sağ əlin içi sol əlin arxasına çəkilir.
Təyəmmümün hökmləri
Məsələ 649: Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasında fərq yoxdur. Amma müstəhəb ehtiyat budur ki, qüsl əvəzinə təyəmmümdə əllər ikinci dəfə yerə vurulsun və sol əl sağ əlin arxasına, sağ əl sol əlin arxasına çəkilsin.