Müqəddİmə Bir neçə zəruri xatırlatma


Məsələ 874: Namazın təkbiri, Həmd-surəsi, başqa zikrləri elə deyilməlidir ki, (maneçilik olmasa) ən azı namaz qılan özü bunu eşitsin. Məsələ 875



Yüklə 9,34 Mb.
səhifə173/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   169   170   171   172   173   174   175   176   ...   519
Məsələ 874: Namazın təkbiri, Həmd-surəsi, başqa zikrləri elə deyilməlidir ki, (maneçilik olmasa) ən azı namaz qılan özü bunu eşitsin.

Məsələ 875: Əgər bir şəxs xəstəlik və ya lallıq səbəbindən təkbir deyə bilməzsə, bacardığı şəkildə deməlidir. Təkbir deməyə heç bir imkanı olmayan şəxs vacib ehtiyata əsasən, bunu işarə ilə həyata keçirməlidir. Cəmiyyətdə kar və lal kimi tanınan kəs dili ilə bacardığı kimi deməli və qəlbindən keçirməlidir.

Məsələ 876: “Təkbirətül-ehram”dan sonra savab ümidi ilə bu duanı oxumaq müstəhəbdir:

يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى

“Ya muhsinu qəd ətakəl-musiu və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musii əntəl-muhsinu və ənəl-musiu bihəqqi Muhəmmədin və ali Muhəmmədin səlli əla Muhəmmədin və ali Muhəmməd və təcavəz ən qəbihi ma tələmu minni”



Tərcüməsi: “Ey ehsan edən Allah! Günahkar bəndən qapına gəlmiş. Əmr etmisən ki, ehsan əhli günahkarı bağışlasın. Sən ehsan edənsən, mən isə günahkar. Məhəmməd və Ali-Məhəmməd hörmətinə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və bildiyin pis işlərimi bağışla!”

Məsələ 877: Müstəhəbdir ki, namazda “təkbirətül-ehram” və digər təkbirləri deyərkən əllər qulaq bərabərinədək qaldırılsın.

Məsələ 878: Bir şəxs şəkk etsə ki, “təkbirətül-ehram” söyləyib yoxsa yox, “Həmd” söyləməyə başlamışsa şəkkinə əhəmiyyət verməsin. Əgər hələ ki, heç nə deməyibsə, təkbiri söyləsin. “Təkbirətül-ehram”ı düzgün deyib-demədiyinə şəkk etdikdə bu şəkk təkbirdən sonra yaranmışsa ona əhəmiyyət verməsin.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin