Məsələ 943: Vacib və müstəhəb namazların rüku hökmləri arasında fərq oyxdur. Vacib ehtiyata əsasən, rükununu çoxluğu məsələsi də bu qəbildəndir.
6. Səcdələr
Məsələ 944: Vacib və müstəhəb namazların hər rəkətində iki səcdə yerinə yetirilməlidir. Səcdələr rükudan sonra yerinə yetirilir. Namaz qılan şəxs bilərəkdən və ya unutduğu üçün hər iki səcdəni ötürərsə və ya iki səcdə əvəzinə dörd səcdə qılarsa, namazı batildir. Amma səhvən olduqda, artıq və ya əskik bir səcdə namazı batil etmir.
Məsələ 945: Səcdədə bədənin yeddi hissəsi yerə toxunmalıdır: Alın, əllərin içi, dizlər, ayaqların böyük barmaqlarının başı. Əgər bilərəkdən bu hissələrdən biri yerə toxunmasa, səcdə batildir. Əgər bilərəkdən alın səcdəyə qoyulmazsa yenə də səcdə batildir. Amma əgər alın səcdədə olduqda o biri üzvlərdən bə’zisi bilmədən yerdən qalxarsa səcdə düzgündür.
7. Rüku və səcdənin zikrləri
Məsələ 946: Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda ya üç dəfə “Sübhanallah”, ya bir dəfə “Sübhanə rəbbiyəl əzimi vəbihəmdih” söylənilir. Səcdələrdə də zikr demək vacibdir. Ehtiyat budur ki, ən azı üç dəfə “Sübhanəllah” və ya bir dəfə “Sübhanə rəbbiyəl ə’əla və bihəmdih” deyilsin. Amma artıq deyilsə daha yaxşıdır.