Məsələ 1095: Əgər ehtiyat namazının hissələri bilmədən artırılıb-əskildilərsə, səcdeyi-səhv vacib deyil.
Məsələ 1096: Əgər ehtiyat namazında təşəhhüd və ya səcdə yaddan çıxarsa, vacib ehtiyat budur ki, salamdan sonra onun qəzası yerinə yetirilsin.
Məsələ 1097: Bir şəxsə səcdə və ya təşəhhüdün qəzası, eləcə də, səcdeyi-səhv vacib olarsa, əgər ehtiyat namazı da qılmalıdırsa, öncə ehtiyat namazını qılır, sonra səcdə və ya təşəhhüdün qəzası, daha sonra səcdeyi-səhv yerinə yetirilir.
Məsələ 1098: Gündəlik vacib namazlardakı şəkk, səhv və zənn haqqında deyilən hökmlər digər namazlar üçün də öz gücündədir. Məsələn, ayat namazında şəkk yaransa ki, bir rəkət qılınıb, yoxsa iki rəkət, bu şəkk iki rəkətli namaza aid olduğundan namaz batildir. Şəkk, səhv və zənnlə bağlı digər hökmlər də öz gücündə qalır.