2. İmamın yerinin mə’mumun yerindən hündür olmaması
Məsələ 1240: İmamın yeri mə’mumun yerindən hündür olmamalıdır. Amma azca hündürlüyün eybi yoxdur. Yer mailli olsa və imam hündür tərəfdə dayansa, maillik çox olmadıqda və həmin yer haram adlandırıldıqda bunun eybi yoxdur.
Məsələ 1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.
3. İmamla mə’mum arasında ara olmaması
Məsələ 1242: Əgər imamla mə’mum və ya mə’mumların öz arasında bir neçə addım ara olarsa, onlara toplum deyildikdə bunun eybi yoxdur. Demək, arada namaz qılmayan bir, iki nəfərin olması namazı batil etmir. Amma müstəhəbdir ki, cərgələr bir-birinə tam bağlansın.
Məsələ 1243: İmam təkbir deyib namaza başlayan vaxt ön cərgələr namaza hazır olduqda hamı təkbir deyib namaza başlaya bilər və qarşıdakıların namaza başlamasına gözləmək lazım deyil. Hətta gözləmək ehtiyata ziddir.
Məsələ 1244: Mə’lum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
4. Mə’mum imamdan öndə dayanmamalıdır.
Məsələ 1245: Əgər mə’mum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq lazımdır.