Məsələ 1348: Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl gəlməz.
Məsələ 1350: Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir.
Məsələ 1351: Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.
Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməməsindən xatircəm olsa, istisnadır.