Müqəddİmə Bir neçə zəruri xatırlatma


Pakedicilər (“Mutəhhirat”)



Yüklə 9,34 Mb.
səhifə31/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   27   28   29   30   31   32   33   34   ...   519

Pakedicilər (“Mutəhhirat”)


Məsələ 168: Murdarı paklayan şeylər pakedici adlanır. On iki şey pakedicidir: su, torpaq, günəş, əslinin dəyişilməsi (“istihalə”), növün dəyişməsi (“inqilab”), üçdə birin qalması, köçürmə (“intiqal”), İslamın qəbulu, tə’sirlənmə (“təbəiyyət), murdarın əslinin təmizlənməsi, murdar yemiş heyvanın istibrası, murdardan təmizlənməsi, müsəlmanın qeyb olması. Bu pak edicilərin hökmləri növbəti Məsələlərdə açıqlanacaq.

1. Su


Məsələ 169: Pak və saf su bütün murdarları paklayır. Bir şərtlə ki, murdar şey yuyulduqda su bulaşmasın, onun qoxusu, rəngi və ya dadı murdardan tə’sirlənməsin. Pak və saf su murdar şeyi o zaman təmizləyir ki, suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir şeydə qan varsa, o qədər yuyulmalıdır ki, qan təmizlənsin. Az su ilə yuyarkən başqa şərtlər də qoyulur. Bu barədə sonra danışılacaq.

Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)

Məsələ 171: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin başqa bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir.

Məsələ 172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.

Məsələ 173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin