Məsələ 1601: Zəkatı verilmiş taxıllar bir neçə il də onun yanında qalsa, zəkatı yoxdur.
Məsələ 1602: Yağış suyu, yeraltı suvarma kanalı, çay, bənd və ya yerin rütubəti ilə suvarılan buğda, arpa, xurma və üzümün zəkatının miqdarı onda biri qədərdir. Əgər, dərin, yarı dərin və ya dayaz quyuların suyu, nasos, əl və yaxud heyvanın quyu və çaydan su çəkməsi ilə suvarılarsa, zəkatı iyirmidə biri qədərdir.
Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.