Məsələ 1865: İnsanın orada nə qədər qalması mə’lum olmayan mehmanxana və hotellərdə bir gecə üçün 100 tumən verilməsinə qərara gəlsələr və (buna) hər iki tərəf razılaşsa, eybi yoxdur. Lakin, icarə müddətini müəyyən etmədiklərinə görə icarə düzgün deyil. Bu baxımdan, onun sahibinin razılığı olana qədər (orada) qala bilər, əks halda (orada qalmaq) hüququ yoxdur. Amma, qaldığı gecələrin sayını əvvəlcədən müəyyən etsələr, müddətin sonuna qədər (orada) qalmaq hüququ var.
Məsələ 1866: Əgər torpağı buğda və arpa əkmək üçün icarə versə və icarə malını (da) həmin torpağın buğda və arpasından qərar versə, icarə düzgün deyil, həmçinin, torpağın digər məhsullarının qarşısında.