Məsələ 1870:Əgər bir şəxs, müəyyən bir gündə hansısa bir işi görmək üçün əcir olsa və təyin edilmiş gündə işi görmək üçün hazır olsa, lakin iş sahibi onu işlətməsə, onun muzdunu verməlidir. Məsələn, əgər bir bənnanı müəyyən gündə bina tikmək üçün əcir etsə və bənna həmin gündə işləməyə hazır olsa, lakin iş sahibi boyun qaçırsa və bənna o gündə işsiz qalsa, onun muzdunu verməlidir. Lakin özü və yaxud da başqası üçün iş görsə, ehtiyata əsaəsn, yalnız (qiymət) fərqini birinci iş sahibindən (ikinci muzd az olan halda) ala bilər.