Məsələ 1900: Musaqatın bir neçə şərti var:
1-Malik və bağ qulluqçusu həddi-büluğa çatmış, aqil olmalıdır; 2-Heç kəs onları bu işə məcbur etməməlidir; 3-Öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar; 4-Musaqatın müddəti məlum olmalıdır. Əgər onun başlanğıcını müəyyən etməyib, axırını o ildə məhsulun yetişdiyi vaxtı təyin etsələr, düzgündür; 5-Hər birinin payı yarısı, üçdə biri və yaxud bunlara oxşar olmalıdır. Bu baxımdan, məsələn, bir ton meyvə bağ sahibinin, qalanı isə bağda işləyənin olmasını şərt etsələr, müamilə batildir; 6- Müamilənin şərtləri meyvələr cücərməzdən öncə tə’yin edilməlidir. Əgər meyvələr cücərəndən sonra, lakin yetişməzdən öncə təyin etsələr və belə ki, meyvənin inkişafı üçün lazım olan suvarmaq, dərman səpmək kimi işlər qalmış olsa, musaqat düzgündür, əks təqdirdə iradı var. Əgər yalnız meyvələri dərmək, onları qorumaq kimi işlərə ehtiyac duyulsa, onların müqaviləsi düzgündür, lakin musaqat deyil.
Dostları ilə paylaş: |