Məsələ 1938: Borc vermək çox böyük müstəhəb işlərdəndir. Qur’an ayələrində və məsumların (s) hədislərində ona çox tə’kid edilmişdir. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edilib: “Müsəlman qardaşına borc verən şəxsin malı artar və mələklər ona rəhmət göndərərlər. Əgər ona borclu olan şəxslə anlaşsa, hesabsız və sür’ətlə Sirat körpüsündən keçəcək. Əgər bir şəxs müsəlman qardaşından borc istəyəndə verməsə, cənnət ona haram olar.” Həmçinin başqa rəvayatdə qeyd edilib: “Sədəqənin savabı on (10), borcun savabı isə on səkkiz qatdır”.