Məsələ 207: Günəş şüası yeri və dam örtüyünü paklayır. Amma günəş şüası vasitəsi ilə binanın, qapı-pəncərələrin və bu kimi şeylərin paklanmasına irad var.
Məsələ 208: Yerin və dam örtüyünün günəş şuası ilə paklanması üçün bir neçə şərt var:
1. Murdarlanmış şeyin islanma yolu olsun. Əgər həmin şey qurudursa öncə onu islatmaq lazımdır ki, günəş şuası onu qurutsun.
2. Öncə murdarın əslini təmizləmək lazımdır.
3. Günəş bulud arxasından yox, birbaşa işıq saçmalıdır. Günəş şüasına mane olmayan buludlar və ya şüşə arxasından şüalanmanın eybi yoxdur.
4. Rütubətli murdar yerin günəş şüası ilə quruması zəruridir. Bu rütubət külək və ya başqa istilik vasitəsi ilə quruyarsa bəs etməz. Amma həmin rütubət günəş şüası ilə quruyacaq həddə az olarsa eybi yoxdur.
Məsələ 209: Günəş şüası murdarlanmış həsiri, ağacı, otu, vacib ehtiyata əsasən, paklamır.
Məsələ 210: Murdarın günəş şüası ilə quruyub-qurumadığına, günəş şüasına hər hansı maneçilik olub-olmadığına, murdarın əslinin öncədən təmizlənib-təmizlənmədiyinə şübhə varsa, həmin yer murdardır.
Məsələ 211: Əgər günəş şüası murdar yerin bir hissəsini əhatə edib qurudarsa, həmin hissə paklanar.