Daimi əqdin oxunma qaydası
Məsələ 2030: Daimi əqdin siğəsini oxumaq üçün qadının belə deməsi kafidir:
زَوَّجتُكَ نَفسِى علَى الصَّداَقِ المَعلُومِ
Zəvvəctukə nəfsi ’ələs-sədaqil-mə’lum - (yə’ni, özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim).
Kişi də ondan sonra deyir:
قَبِلتُ التَزوِيجَ
Qəbiltut-təzvicə - (yə’ni, bu izdivacı qəbul etdim.)
Əgər başqasını bu işə vəkil etsə, qadının vəkilinin belə deməsi kafidir:
زَوَّجتُ مُوَكِّلَتِى مُوَكِّلَكَ عَلَى الصَّداَقِ المَعلُومِ
Zəvvəctu muvəkkiləti muvəkkiləkə ələs-sədaqil-mə’lum- (Yə’ni, öz müvəkkiləmi sənin müvəkkilimin arvadlığına, müəyyən edilmiş mehriyyə əsasında keçirtdim.)
Kişinin vəkili isə deyir:
قَبِلتُ لِمُوَكِّلى ...
(Mən də olduğu kimi müvəkkilim tərəfindən qəbul etdim.)
Dostları ilə paylaş: |