Məsələ 2036: Ata və yaxud atanın atası zəruri halda həddi-büluğa çatmayan və yaxud dəli uşağı evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllı olandan sonra, ehtiyat vacibə əsasən onu pozmamalıdırlar.
Məsələ 2037: Həddi-büluğa çatan və rəşidə - öz məsləhətini tə’yin edə bilən qız bakirə olsa, ehtiyata əsasən, atası və yaxud babasının (atanın atasının) icazəsi ilə evlənməlidir. Lakin qız üçün münasib ər tapılsa və ata buna qarşı çıxsa, onun icazəsi şərt deyil. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.