Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:
1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5- Şil və şilliyinin aşkar olması; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.
Məsələ 2039: Qadın da bir neçə halda nikahı poza bilər:
1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)
Məsələ 2040: Əgər qadın və ya kişi əvvəlki iki məsələdə deyilən eyblər səbəbilə əqdi pozsalar, təlaq vermələrinə ehtiyac yoxdur, həmin fəsx kafidir.
Məsələ 2041: Əgər kişinin cinsi əlaqə bacarığı olmamasına görə qadın nikahı pozsa, ər onun mehriyyəsinin yarısını ödəməlidir. Lakin, (yuxarıda) qeyd edilən digər səbəblərə görə ər və yaxud arvad nikahı pozsa, bir-birləri ilə cinsi yaxınlıq etmədikləri halda, kişinin öhdəsinə heç nə düşmür və əgər (cinsi əlaqədə) olublarsa, vacib ehtiyata əsasən, (ər) bütün mehriyyəni ödəməlidir.
Dostları ilə paylaş: |