Məsələ 2072:Vacib ehtiyata əsasən, müvəqqəti evlənmədə ər dörd aydan artıq yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməməlidir.
Məsələ 2073: Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.
Məsələ 2074: Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.
Məsələ 2075: Müvəqqəti həyat yoldaşı ərindən icazəsiz evdən çölə gedə bilər, evdən xaric özünə iş seçə bilər. Əgər çölə çıxmaq vasitəsi ilə ərinin hüququ pozulsa, istisnadır.
Məsələ 2076: Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.
Məsələ 2077: Kişi müvəqqəti evlənmənin müddətini bağışlayaraq ona son qoya bilər. Bu halda, əgər qadınla cinsi yaxınlıq edibsə, onun bütün mehriyyəsini və əgər etməyibsə mehriyyəsinin yarısını verməlidir.
Məsələ 2078: Kişi müvəqqəti evləndiyi qadınla daimi əqd edə bilər. Lakin, ilk olaraq (müvəqqəti evlənmədən qalan) müddəti bağışlayıb sonra onu (daimi) əqd etməlidir.
Məsələ 2079: Müvəqqəti evlənmənin zamanı bitdikdən sonra təlaq kitabında veriləcək şərh əsasında iddəsi var və ondan dünyaya gələn uşaqlar bütün övladlıq hüquqlarına malikdirlər; ər-arvadın bir-birlərindən irs aparmamasına baxmayaraq, uşaqlar ata, ana və qohumlarından irs aparırlar.