Məsələ 2085: Kişi ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxa bilməz və qadının da ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.
Məsələ 2086: Kişinin naməhrəm qadının şəklini çəkməsi haram deyil. Əgər çarəsizlikdən qadının üz və əlindən başqa bədəninə baxmalı olsa, istisnadır.
Məsələ 2087: Qadın dini hicabını qoruduğu halda onun hicabsız şəklinə baxmağın iradı var. Əgər onu tanımasa və baxmaq nəticəsində bir fəsad üzə çıxmasa, istisnadır.
Məsələ 2088: Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.
Məsələ 2089: Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.
Məsələ 2090: Vacib hicab məsələsində qadın bədəninin üz və əlinin biləyə qədər hissəsindən başqa yerini hər vasitə ilə örtə bilər, xüsusi paltar şərt sayılmır. Lakin dar, bədənə yapışan və habelə bəzək paltarlarını geyinməyin eybi var.
Məsələ 2091: Kişinin evlənmək istədiyi qadının bədəninə yaxşı- pis xüsusiyyətlərini öyrənmək məqsədi ilə baxması caizdir. Əgər bir dəfə baxmaqla məqsədi hasil olmasa, bir neçə dəfə, müxtəlif məclislərdə (onun bədəninə) baxa bilər.
Məsələ 2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məsələ 2093: Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.