Məsələ 2323: Vəsiyyət dedikdə insanın öz ölümündən sonra müəyyən işlərin görülməsini tapşırması nəzərdə tutulur. Belə vəsiyyət “əhdiyyə” adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə versinlər. Övladı üçün qəyyum da müəyyənləşdirə bilər.
Məsələ 2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
Məsələ 2325: Vəsiyyətdən əlavə bütün müamilələri bu günki qaydada yazıb imzalaya bilər. Amma evlənmək və boşanmada yazmaqla kifayətlənmək iradlıdır.