Məsələ 2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etdiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.